Xarici ölkələrin BMT yanında daimi nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında olublar

Xarici ölkələrin BMT yanında daimi nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında olublar

Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında (ADA) olublar. SİA-nın məlumatına görə, görüşdə ADA-nın rektoru Hafiz Paşayev akademiyanın fəaliyyətindən danışlb.O bildirib ki, beş il bundan əvvəl yaradılmasına baxmayaraq ADA dünyada nüfuz qazanıb.

Rektor ötən ay ilk dəfə olaraq Afrika və Asiyadan - Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziya və digər ölkələrdən gəlmiş 14 diplomatın ADA-nın "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə ongünlük kursda iştirak etdiklərini qonaqların diqqətinə çatdırıb.

Qonaqlara ADA-nın strukturu, həyata keçirdiyi proqramlar, yaxın illərdə reallaşdıracağı planlar barədə geniş məlumat verilib.

Xarici ölkələrin BMT yanında daimi nümayəndələri ADA-da yaradılmış şəraiti yüksək qiymətləndirib, təhsil ocağının qısa vaxtda əldə etdiyi uğurlardan məmnunluqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com