Ekspert Vüqar Qurbanov məhsullar qablaşdırılan örtüklərin qida tərkibinə keçərək onu dəyişdiyini deyir: "Gözqamaşdırıcı materiallardan hazırlanmış örtüklərin tərkibində olan toksik maddələr uzun müddət qaldıqda qidaya ötürülə bilər. Məsələn, polietilen vakuumda qablaşdırılmış bağlamada bakteriyaların olması qidaya ötürülərsə, zəhərlənmə verə bilər. Plastik qablar isə daha təhlükəlidir. Plastik qabların hazırlanması zamanı zəhərli kimyəvi maddələr əmələ gəlir ki, bu qida məhsulun tərkibini dəyişir. Eyni təhlükə pivə, su, şirə saxlanılan qablara da gələ bilər. Ona görə də, məhsulları göstərilən tarixdən artıq saxlamaq və onlarla qidalanmaq yolverilməzdir.
V. Qurbanov ət və balıq konservləri qablaşdırılan qabların da tərkibinin təhlükəli olduğunu deyir: "Bu qabların tərkibində olan botulinus toksik maddəsi ölümcül zəhər ifraz etmək qabiliyyətinə malikdir. Məhsul örtülü vəziyyətdə o qədər də zərərli deyil. Ancaq qab açıldıqdan sonra qida növü onun içində saxlanılarsa, toksin artaraq məhsulun keyfiyyətinə təsir edə bilər.
Çips, şirə, konservləri açıq vəziyyətdə hətta soyuducuda da saxlamaq yolverilməzdir. Bu məhsullar açıldıqdan sonra şüşə qabda soyuducuya qoymaq lazımdır. Qablaşdırılmış məhsulların üzərində onun təhlükəlilik səviyyəsi haqda məlumat verilir. Ona görə də belə məhsullar alarkən buna fikir vermək lazımdır. Məsələn üzərində PVX - polivinilxlorid və ya üçkünc nişanın üzərində "3" rəqəmi yazıldıqda bu məhsulun zəhərli ola biləcəyi haqda göstərişdir. Əgər taranın üzərində çəngəl, stəkanın yanında "05" və ya "1" rəqəmləri əks olunarsa, bu, məhsulun təhlükəsiz olduğunu göstərir. Onu da deyim ki, isti xörəkləri də plastik qablarda saxlamaq yolverilməzdir. Kəsmiyi kağız, balıq, ət və pendiri isə çəki ilə almaq daha yaxşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB