Gəray Fərhadov: “Qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb”

Gəray Fərhadov: “Qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb”

Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. SİA-nın xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib.G.Fərhadov deyib ki, 20 min ailə, yəni 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.

G.Fərhadov qeyd edib ki, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə