Gürcülər erməni kilsəsini təhqir ediblər - HADİSƏ

Gürcülər erməni kilsəsini təhqir ediblər - HADİSƏ

Son vaxtlar erməni-gürcu qarşıdurması genişlənib. Əksər sahələri əhatə edən gərginlik bu dəfə dini müstəviyə də qədəm qoyub. SİA-nın verdiyi məlumata görə, hadisə Tbilisinin mərkəzində baş verib. Paytaxtın Avlabar rayonunda yerləşən Surb Eçmiədzin kilsəsi gürcü gənclərin hədəfinə tuş gəlib. İki gənc erməni kilsəsinə gələrək əsl mərəkə qoparıblar. Onlardan biri kilsədəki müqəddəs kitabə götürərək onu tez-tez vərəqləməyə və nəticədə cırmağa başlayıb, digər gənc isə söyüş söyərək bütün elanları cırıb, ermənilərin ünvanına söyüşlər yağdırıb.

Hadisə zamanı kilsədə heç kim olmayıb, yalnız iki süpürgəçi və şam satandan başqa.

Gürcüstandakı erməni yeparxiyasının rəhbəri Vazgen Mirzəxanyan hadisə barəsində polisə məlumat verildiyi deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə