Ermənistanın keçmiş millət vəkilinə silahlı basqın edilib

Ermənistanın keçmiş millət vəkilinə silahlı basqın edilib

Ermənistanın keçmiş millət vəkili Napoleon Əzizyan və onun ailə üzvlərinə silahlı basqın edilib. SİA-nın "NEWS.am"a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər baş verib. Belə ki, səhər tezdən naməlum maskalı beş nəfər eyvandan Əzizyanın Kilikiya rayonundakı evinə daxil olaraq onun özünü, arvadını və qızını döyüblər.

Maskalı şəxslər onları silahla hədələyərək 3 milyon dram (8,2 min dollara yaxın), 20 min dollar, qızıl əşyaları oğurlayıblar. Bundan sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə