2011-ci ilin avqust ayında Quba rayonunda aparılmış arxeoloji qazıntılar zamanı qədim yaşayış məntəqəsi və kurqan aşkarlanıb. Son günlər həmin tapıntı ətrafında mübahisəli vəziyyət yaranıb. Belə ki, aşkarlanan yaşayış məntəqəsi və kurqanın Xınalıq kəndinin ərazisində olduğu bildirilir. Bu xəbər Qubanın Cek kəndi sakinlərinin narazılığına səbəb olub. Ceklilər bildirilir ki, qədim abidə Xınalıq yox, Cek kəndi ərazisində aşkarlanıb.
"Cek Cəmiyyəti" İctimai Birliyi məsələ ilə bağlı bəyanat da verib. Cəmiyyətdən SİA-ya verilən məlumata görə, qədim yaşayış məntəqəsi və kurqanın Quba rayonunun Xınalıq kəndinin ərazisi olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: "Tapıntı Cek kəndinin ərazisində aşkarlanıb. Bu barədə yayılan məlumatlar yol verilmiş bu yanlışlıqdır. Ona görə də bu yanlışlığın düzəldilməsini və tarixi saxtalaşdırmamağı xahiş edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB