Beynəlxalq Diaspor Mərkəzi (BDM) Milli QHT Forumu ilə birgə Quba şəhərində yerləşən kimsəsiz və yetim uşaqların himayə olunduğu evi ziyarət edərək, onlar üçün tibbi müayinə aksiyası həyata keçirib. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tibbi müayinə Sumqayıt şəhərində yerləşən "Liman" Diaqnostik Mərkəzinin təcrübəli həkimləri tərəfindən həyata keçirilib. Uşaqlar ultrasəs müayinəsindən, dəri-zöhrəvi, göz, kardioloji və s. istiqamətlər üzrə müayinələrdən keçirilmiş, hər biri üçün ayrı-ayrılıqda diaqnoz müəyyənləşdirilib. Müəyyən olunmuş diaqnoz əsasında müalicə üçün dərman preparatları "Servier" şirkəti tərəfindən uşaq evinə təqdim olunacaq. Daha sonra BDM tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuş və Ramazan süfrəsi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB