Azərbaycan diasporu erməni qızının məktubuna cavab yazıb-MARAQLI-FOTO
Azərbaycan diasporu erməni qızının məktubuna cavab məktubu yazıb. Bu barədə SİA-ya "Diaspor və Lobbi" Strateji Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev məlumat verib. O bildirib ki, yazıda bir neçə gündür mediada 13 yaşlı erməni qızı Adelina Avaqimyanın Prezident İlham Əliyevə məktubu barədə yazılar getdiyi və bunun arxasında, erməninin istənilən hərəkətinin arхasında bir hiyləgərlik, bir məkirli niyyət duyduğu qeyd edilir.
"O ki qala siyasi manevrlərin tüğyan etdiyi bir məqamda niyə də ermənilər 13 yaşlı uşaqdan siyasi məqsədləri üçün istifadə etməsinlər. Aхı bu, ermənilər üçün heç də yad siyasi teхnologiya deyil. Cənab Elnur Aslanovun Adelinaya tutarlı bir cavabı olub. Mən də bir qarabağlı olaraq o qıza məktub yazdıranlara cavab verməli idim və hesab edirəm bu məktubum ünvanına çatacaq".
Məktubun tam mətnini olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
"Salam, mən də Qarabağda, Ağdam şəhərində anadan olmuşam. Hər zaman xatırlayıram ki, Şuşaya, Xankəndinə gedəndə bizim azərbaycanlıları necə qonaqpərvərdilər. Bu şəhərlərdə yaşayan ermənilər də bizim qohumların evinə gəlir, çörək kəsirdilər. Mənim onda 7 yaşım var idi. Bundan 10 il sonra sizinkilər evində çörək yedikləri insanları qətl edərək, qonaq qaldıqları evlərə od vururdular. Bizləri ayaqyalın və bir dəst paltarla qovaraq ağır şəraitdə uzun müddət yaşamağımıza səbəb oldular. Onda yollarda sənin yaşında neçə-neçə uşaqlar öldülər. Bu gün biz doğma evimiz belə yoxdu. Ağdamda olan evimizdən demirəm, Ağdamın özündən bir şey qalmayıbdır. Sənin əmi-dayıların bizim şəhəri altın üstünə çevriblər və bu gün bütün dünya Ağdamı narahat ruhların dolaşdığı şəhər kimi tanıyır.http://www.youtube.com/watch?v=eb2D90ydXG0bu linkə baxmağını sənə məsləhət edirəm. Mənim də təxminən sənin yaşda övladım var. Onun günahı nədir ki, ata-babaların doğma yurdun gedib görə bilmir. Mənim övladım kimi yüzlərlə minlərlə elə uşaq var ki, Ağdama, Şuşaya, Füzuliyə, Zəngilana, Kəlbəcərə, Laçına, Qubadlıya, Xankəndinə, Ağdərəyə həsrət qalıblar. Niyə onlar öz baba evlərini, yurdlarını görməsinlər, niyə onların dədə ocaqları darmadağın edilərək, rayonları viran edilir?. Heç bu barədə düşünmüsənmi?
Müharibə zamanı və müharibədən sonra ermənilərin yüzlərlə uşağın qatili olduğun bilirsənmi. Sənin kimi onlarda valideynlərinin yanında yaşamaq, təhsil almaq, böyümək istəyirdilər. Sən bilisən bizim qızların başlarına sənin qohumların nə işlər gətirib. http://www.youtube.com/watch?v=cjsbrcrvyyY&feature=related bu linkə də bax və sənin yaşında olan qızlar nə əzablar çəkib şahidi ol.
Sən bilirsən qohumların əsir düşən uşaqların başlarına nə oyunlar açıblar? Mən sənə bir neçə fakt yazım bax və gör o uşaqların nə günahları olubdur ki, onlar elə günə salınıblar.
1-ci şəkildə gördüyün uşağın adı Arzudur. Anası girov olanda hamilə idi və əsirlikdə dünyaya gələn uşağa erməni "həkimi" Aida Serobyan naməlum tərkibli iynələr vurub. Ömürlük şikəst olan A.Hacıyev 2003-cü ilin may ayında vəfat edib.
2-ci şəkildəki 24 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndində erməni "həkimləri" tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub
3-cu şəkildəki Ağdam rayonu, Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovu tanı. Bu uşaq səndən yaşca balacadır. Həyətlərində oynayanda sizinkilər snayperlə onun başından vuraraq qətl ediblər.
4-cü şəkildəki qızın adı 13 yaşlı Aygün Şahmalıyevadır. O, Ermənistanıa sərhəd kənidnə çay qırağında oynadığı zaman sənin əmi və dayılarının hazırladığı oyuncaq gəlincik tapır və evə gətirəndə gəlincik partlayır. Bu qızın ölümünə səbəb olur. Sənin də 13 yaşın var, atan-anan heç zaman istəməz ki, sən də bax belə faciənin qurbanı olasan. Amma bu qız sizin hazırladığınız bombanın qurbanı olubdur. http://www.youtube.com/watch?v=5hQ_qwJBD6Q bu videoda ətraflı məlumat ala bilərsən.
Sənə bu kimi yüzlərlə minlərlə fakt yazaram. Videolar göndərərəm. Lakin bilirəm hələ uşaqsan, kimlərinsə sənə dedikləri yalanlara inanırsan. Özünün bu yeniyetmə yaşında dostlarına oynamaq əvəzinə siyasi işlərə baş qoşursan. Sənin valideynlərin yəqin səni çox istəmirlər. İstəsəydilər 13 yaşlı qızlarının belə siyasi oyunda adının hallanmasına razı olmazdılar. Adi məktəbli uşağısan və heç bir zaman sənindüşüncə tərzin bu cürə məktub yazmağa bizləri inandıra bilməz. Yazırsan Qarabağ Sizin nəyinizə lazımdır-Mən də sənə eyni sualı vermək istəyirəm. Bəs Sizin nəyinizə lazımdır?. Bilirsən ermənilərin Qarabağa gəlmə tarixin? Bilirsən 800 mindən çox azərbaycanlını Qarabağdan qovulublar? Bilirsən Qarabağda min əziyyətlə tikilən evləri sizinkilər dağıdıb İrana və digər dövlətlərə satıblar? Bizim uşaqların günahi nə idi ki, indi yataqxanada, çadır şəhərciklərində doğulur və ölürlər. Heç bu sualı özünə vermisən ki, bəs burda qovulan uşaqların taleyi necə oldu.
Biz səni dəvət etdik, gələrdin-görərdin o uşaqların taleyin. Bilərdin ki, bu gün 13 yaşlı sənin həmyaşıd qızlar hansı vəziyyətə böyüyürlər. Bir otaqlı yataqxanada 8-10 nəfər necə yaşayır, bunu öz gözlərinlə görərdin. Mən sənə bir böyük kimi məsləhət görürəm, gəl Bakıya, gəl gedək həmyaşıdlarının şəraitin sənə göstərək. Gedək Bakıda və digər şəhərlərdə yaşayan 30 mindən çox erməninin bizim ölkədə necə xoşbəxt olmasını sənə göstərək. Gedək erməni kilsəsinin necə qorunub saxlanmasına baxaq. Halbuki sizinkilər bizim dini məbədlərimizi təhqir edir, oraları dağıdıblar. Gedək ermənilərin dəfn olunduqları qəbrləri sənə ziyarət etdirək. Bax gör bizlər ölülərə necə yanaşıyır, onların ruhuna hörmət edirik. Amma sizinkilər birdənə də müsəlman qəbri salamat qoymayıblar. Gəl və fərqi gör. Gör Azərbaycan xalqı necə sülhsevər və qonaqpərvədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB