Azərbaycan Ağsaqqallar Şurası Bilgəhdə yerləşən "Əmək və müharibə veteranları üçün pansionat"da yaxınlarının qayğısından mərhum olmuş ahıl insanlarla görüş keçirib. Müqəddəs Ramazan ayında yaşlı insanların könlünü şad etmək məqsədilə pansionatda iftar süfrəsi və konsert təşkil olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov ahıl yaşında doğmalarının, övladlarının qayğısından mərhum olan yaşlı insanları səbirli olmağa, qəm etməməyə çağırıb. Həyatın sərt üzü ilə rastlaşan qocaları daima diqqətdə saxlamağın vacibliyini bildirib: "Atılmış qocalar, uşaqlar, əlillər daima dövlətin, ölkə başçısının diqqətindədirlər. Onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, yeni binalar istismara verilir. Ağsaqqallar Şurası Müqəddəs Ramazan ayında yaşlı insanları yad etməyi özünə mənəvi borc bilir".
Sonra B.Budaqov "Əmək və müharibə veteranları üçün pansionat"ın direktoru Bəhruz Əlmədətova 25 illik əmək fəaliyyəti dövründə pansionatda yaşayan ahıl, xəstə və əlil insanlara göstərdiyi xidmətinə görə şura adından "Fəxri Fərman" təqdim etdi.
İftar süfrəsini təşkilatçısı Ağsaqqallar Şurasının sədr müavini, "Gəncəli-Plaza" İstehsalat-Kommersiya Şirkətinin rəhbəri Bayram Yusifov isə milli-mənəvi dəyərlərimizin qoruyucusu, daşıyıcısı və nəsillərdən-nəsillərə ötürücüsü olan ağsaqqalların cəmiyyətin bütün ictimai-siyasi və sosial həyatında baş verənlərə biganə qalmadığını bildirdi: "Burada yaşayan insanları səbirli və dözümlü olmağa çağırıram. Sizləri buraya gətirən, mənəvi cəhətdən kasıb olan yaxınlarınız insanda təəssüf hissləri doğurur. Sizə mətin və dözümlü olmağı arzulayıram. Dövlətimiz hər zaman sizlərə öz qayğısını göstərib və indən sonra daha yaxşı yaşamanız üçün zəruri işlər görür. Unutmayın ki, Azərbaycan kimi dövlətiniz, cənab İlham Əliyev kimi prezidentiniz, Mehriban xanım Əliyeva kimi millət vəkiliniz var. Onlar daim sizin və ehtiyacı olan bütün aztəminatlı insanların arxasındadır".
Tədbirin təşkilati dəstək olan "Ağsaqqallar dünyası" qəzetinin baş redaktoru Südabə Mehdizadə və redaktorun müavini Nərgiz Əhmədqızı isə iftar süfrəsinin pansionat sakinlərinin ürəyincə olması üçün özləri qulluq etdilər.
"Əmək və müharibə veteranları üçün pansionat" ın sakinləri adından söz alan Minə xanım Azərbaycan Ağsaqqallar Şurasına, başda Budaq Budaqov olmaqla, bütün təşkilatçılara təşəkkürünü bildirdi: "Buranın sakinlərinin bu cür tədbirlərə çox ehtiyacı var. Sizlərin bizə qonaq gəlməsi, bizlərdə yaşamaq ümidini artırır. Qəlbiqırıq, xəstə, əlil insanları yad etmək əsl savab əməllərdəndir. Qocalarımız adından Azərbaycan Ağsaqqallar Şurasının bu ziyarətini yüksək qiymətləndirir, hamınıza çox sağ olun deyirik".
İftar süfrəsi sənət adamları və müğənnilərin ifası ilə davam etdi. Aybəniz Haşımova, gitara ifaçısı Rəhman, aşıq Könül, Mehdi Mənsimov, müğənni Samirə, Nərminə, Novruz Abdullayev və başqaları pansionat sakinlərinin ürəyindən keçən mahnı və nəğmələri səsləndirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB