Afrika ölkələrinin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır

Afrika ölkələrinin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır

22 avqust 2011-ci il tarixində Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin Azərbaycan Respublikasına səfəri başlayır.

XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə. səfər zamanı qonaqlar Baş nazir cənab Artur Rasizadə tərəfindən qəbul ediləcəklər. Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcəkdir. Səfirlər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər.

BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar.

Səfər 27 avqust 2011-ci il tarixinədək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə