Avropa Gənclər Kartı Assosaiyasının Prezidenti Azərbaycana səfər edəcək
Avropa Gənclər Kartı Assosaiyasının İdarəetmə Heyətinin Prezidenti Jarkko Lehikoinen Bakıda səfər edəcək. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə reallaşan səfər 22 – 23 avqust 2011-ci il tarixlərində baş tutacaq.
Səfərin məqsədi isə Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialının və Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələsi müzakirə etməkdir.
Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80.000 endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart 40 EYCA üzv təşkilatları tərəfindən dünyanın 37 ölkəsində buraxılmış və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur və Azərbaycan Avropa Gənclər Kartı Assosaiyasına 2010-cu ilin mart ayında qoşulub.
Qeyd edək ki, Jarkko Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti seçilib. Bu kart 40 EYCA üzv təşkilatları tərəfindən dünyanın 37 ölkəsində buraxılmış və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur və Azərbaycan Avropa Gənclər Kartı Assosaiyasına 2010-cu ilin mart ayında qoşulub.
İlkin NƏCƏFOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB