RAMAZANIN 20-Cİ GÜNÜNÜN DUASI, İMSAQ VƏ İFTAR VAXTI

RAMAZANIN 20-Cİ GÜNÜNÜN DUASI, İMSAQ VƏ İFTAR VAXTI

Sabah müqəddəs Ramazan ayının iyirminci günüdür. SİA-nın məlumatına görə, Ramazan ayının iyirminci günündə oruc tutanlar üçün imsaq vaxtı 05:40-dır. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:46-dır.

Ramazan ayının iyirminci gününün duası isə belədir: "İlahi, bu ayda mənim üçün Cənnət bağlarının qapılarını aç, Cəhənnəm odunun qapılarını üzümə bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə Xatircəmlik Salan (Allah)!".

Bütün xəbərlər Facebook səhifəmizdə