Əhməd Orucov: \"Radikal müxalifət düşərgəsində olan bir sıra liderlərin şəxsi ambisiyaları müxalifətin fəaliyyət göstərməsinə imkan vermir\" - MÜSAHİBƏ
\"Radikal müxalifətin bu günkü vəziyyəti, mövcud stuasiya ilə bağlıdır. Burada radikal müxalifət düşərgəsində olan bir sıra liderləri şəxsi ambisiyaları, müxalifətin özünü göstərməsinə imkan vermir\". SİA-ya bunu \"Azadlıq\" Partiyasının sədri Əhməd Oruc deyib. Partiya sədri bildirib ki, düzdür ayrı-ayrı siyasi liderlər əməli fəaliyyətlərində müxtəlif xarakterli qurumlar və birliklər yaratmaqdan danışır. Amma hansısa birlik haqqında danışan hər bir şəxs ictimai-rəy tərəfindən müsbət qarşılanır. Azərbaycanda əksər partiyalar ya beynəlxalq güclərdən aslı vəziyyətdədir, ya da ki, həmin liderlərin ambisiyaları hansısa bir addımı atmağa imkan vermir.
Ə.Oruc əlavə edib ki, müxalifət partiyalarının fəaliyyət proqramında real vəziyyət arasında bir uçurum var. Müxalifət partiyalarının hər hansı bir uğur qazanması üçün öz proqlamlarına yenidən baxması və hakimiyyət uğurundə sivil mübarizə aparmağın yollarını axtarmalıdır. Əks halda radikal müxalifət partiyaları və onların liderləri tarixin arxivinə atılmalı olacaqlar.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB