Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətində vətənpərvər və milli dövlətçiliyə sadiq hərbi kollektiv formalaşıb"
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 92-ci ildönümü münasibətilə avqust ayının 18-də Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" istirahət mərkəzində təntənəli bayram tədbiri keçirilib. Xidmətin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev çıxış edib.
Çıxışda deyilib ki, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlər əldə olunmuş, Azərbaycan Sərhəd Mühafizəsi müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə edib. Dövlət Sərhəd Xidmətində vətənpərvər və milli dövlətçiliyə sadiq hərbi kollektiv formalaşıb.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə görüşlərini böyük qürur hissi ilə xatırlamış, bu tarixi hadisələrin dövlət sərhədinə və sərhədçiyə göstərilən qayğının təzahürü olmasını, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmalarını qeyd ediblər.
Sonra Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Bakı şəhərində ayrılmış mənzillərin orderləri verilmiş, ali hərbi rütbələr almış zabitlərə "general-mayor" poqonları, xidmətdə fərqlənmiş zabit və gizirlərə orden və medallar təqdim olunub.
Bayram tədbiri respublikamızın incəsənət ustalarının iştirak etdikləri konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB