Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana təşəkkür məktubu göndərib

Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana təşəkkür məktubu göndərib

Afrika İttifaqı Komissiyasının sədri Jan Ping Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya daxil olam məlumata görə, məktubda Afrika İttifaqı Komissiyasının sədri Afrika İttifaqı təşkilatı adından Somalidə yaşanan humanitar faciənin aradan qaldırılması üçün Azərbaycanın Somali xalqına etdiyi maliyyə yardımına görə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqına səmimi təşəkkürünü bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə