“Azəriqaz” İstehsalat Birliyi payız- qış mövsümünə hazırlıq görür
"Azəriqaz" İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıq görür. SİA-nın məlumatına görə, bu barədə açıqlamanı "Azəriqaz" İB-nin qaz təsərrüfatı istismarı şöbəsinin rəis müavini Xəyyam Aydınov verib.
Onun sözlərinə görə, 2011-ci ilin may-sentyabr aylarında 21320 p/m qaz kəmərlərinin təmiri, əvəz olunması və çəkilməsi, 4180 qaz kəmərinin qayaqlar üzərinə qaldırılması, 105 ədəd QTŞ və 164 ədəd siyirtmənin quraşdırılması və qaz avadanlıqlarının təftişi, təmiri və yağlanması işləri nəzərdə tutulub.
Xəyyam Aydınov onu da vurğulayıb ki, cari ilin may-iyul aylarında isə 12034 p/m qaz kəmərləri təmir edilib və yeni qaz xətləri çəkilib, 69 ədəd qaz tənzimləyici, 115 ədəd siyirtmə quraşdırılıb və qaz avadanlıqlarının təftişi, təmiri, yağlanması işləri yerinə yetirilib: "Payız- qış mövsümünə hazırlıq işləri hazırda da davam etdirilir və oktyabr ayına kimi tədbirlər planında nəzərdə tutulan işlər başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB