“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib
Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, bugünkü mövzu 2011- 2012-ci illərdə payız- qış mövsümündə əhalinin təbii qazla fasiləsiz təmin olunması olub.
Bu gün daxil olan zəngləri "Azəriqaz" İB-nin qaz təsərrüfatı istismarı şöbəsinin rəis müavini Xəyyam Aydınov cavablandırıb.
Açıq mətbuat saatı ərzində ən çox zənglər Bibiheybət qəsəbəsindən olub və şikayətlər telefon zəngi vasitəsi ilə qismən də olsa aradan qaldırılıb.
X. Aydınov onu da vurğulayıb ki, hər ilin may ayından başlayaraq oktyabra qədər qaz təminatı ilə bağlı hazırlıq işləri aparılır: "Qaz təchizatlarının yaxşılaşdırılması məqsədi ilə yeni qaz xətlərinin çəkilməsi prosesləri davam etdirilir. Bu kimi tədbirlərin çərçivəsində Ağdamın bütün sərhəd kəndləri qazlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB