Bayıldan Şəhidlər Xiyabanına gedən yol bağlanıb

Bayıldan Şəhidlər Xiyabanına gedən yol bağlanıb
Bayıl yamacında aktivləşən sürüşmə təhlükəsi ərazidə hərəkətin məhdudlaşdırılmasına səbəb olub. Ərazidə nəqliyyat vasitələri üçün yarana biləcək təhlükənin qarşını almaq üçün sözügedən ərazidə hərəkətə qadağa qoyulub. Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, hazırda Bayıldan Şəhidlər Xiyabanına gedən yol bağlanıb. Ərazidəki təhlükəli vəziyyət aradan qaldırılanadək yol bağlı qalacaq.
Qeyd edək ki, sürüşmə təhlükəsi yaranan ərazidə kiçik çatlar əmələ gəlib. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə