İlin sonuna kimi Azərbaycanda altı beşulduzlu və beynəlxalq standartlara cavab verən otel istifadəyə veriləcək. Bundan bandan başqa 50-yə yaxın müasir tipli otelin tikintisi davam edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, hazırda respublikada 210 turizm müəssisəsi, 500 mehmanxana fəaliyyət göstərir. Ötən il Azərbaycana 1 962 906 turist gəlib. Bu il isə ölkəyə gələn turistlərin sayının iki milyona çatacağı gözlənilir. Azərbaycana əsasən Rusiya, Ukrayna, Gürcüstan, İran, Türkiyə və Böyük Britaniyadan gələn turistlərin sayı çoxdur.
Gələcəkdə qonşu ölkələrdən, Avropadan, ABŞ-dan, Cənubi Asya və digər yerlərdən gələn turistlərin sayının artırılması hazırda prioritet olaraq qarşıya qoyulan plandır.
Gələcəkdə qonşu ölkələrdən, Avropadan, ABŞ-dan, Cənubi Asya və digər yerlərdən gələn turistlərin sayının artırılması hazırda prioritet olaraq qarşıya qoyulan plandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB