\"2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq bir sıra işlər həyata keçiririk\". Bu barədə SİA-ya məlumat verən Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aydın Məmmədov bildirib ki, Polşa Turizm Palatası ilə bağlanan müqavilə və əməkdaşlığa əsasən qarşılıqlı təcrübə mübadiləsi, turizm bölgələri ilə bağlı təbliğat işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Turizm sahəsində Qazaxıstan, Türkiyə, Ukrayna ilə də əməkdaşlıq çərçivəsində işlər görülür. Türkiyənin Turizm Yatırımçıları Birliyi ilə əməkdaşlıq nəticəsində isə Azərbaycanın otel sahəsində fəaliyyət göstərən 20 nəfər Antalya və Bodrum otellərində təcrübəyə göndəriləcək.
Ümumiyyətlə, son illər ölkəmizdə turizm sahəsi sürətlə inkişaf edir. Həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən turizm mərkəzlərində xidmət səviyyəsi yüksəldilib, işçilərin peşəkarlığı artırılıb. Bu yöndə əldə olunan müsbət nəticəni Azərbaycana səfər edən xarici partnyorlarımız da təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB