Bu gün müqəddəs Ramazan ayının on səkkizinci günüdür. SİA-nın məlumatına görə, Ramazan ayının on səkkizinci günündə oruc tutanlar üçün imsaq vaxtı 05:38-dir. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:49-dur.
Ramazan ayının on səkkizinci gününün duası isə belədir: "İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə işıqlandır, bütün əzalarımı o əsər-əlamətini izləmək üçün tabe et. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran (Allah)!".Qeyd edək ki, Ramazan ayının 18-dən, 19-a keçən gecə Qədr gecəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB