BMT Xəzər dənizinin çirklənməsinə qarşı birgə mübarizəyə dair sazişi alqışlayır

BMT Xəzər dənizinin çirklənməsinə qarşı birgə mübarizəyə dair sazişi alqışlayır

BMT beş Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın avqustun 12-də Aktauda Xəzər dənizinin çirklənməsinə qarşı birgə mübarizəyə dair imzaladıqları Sazişi alqışlayıb. SİA-nın məlumatına görə, təşkilatın Ətraf mühit üzrə Proqramının icraçı direktoru Açim Şteyner Sazişin dünyanın Xəzər dənizində ekoloji durumu müsbətə doğru dəyişəcəyinə ümidvar olduğunu bildirib.

BMT-nin rəsmisi vurğulayıb ki, sənədin imzalanması mühüm hadisədir. Bu dövlətlərarası Saziş Xəzər dənizi hövzəsində fövqəladə hallar zamanı çevik hərəkat planının tətbiqinə imkan verəcək.
A.Şteyner qeyd edib ki, potensial ekoloji təsirlər barədə məlumatların təkmilləşdirilməsi beynəlxalq ekoloji əməkdaşlıq və dövlətlərarası münasibətlər üçün mühüm amildir. Beynəlxalq sularda əlaqələndirilmiş fəaliyyət mümkün ekoloji fəsadlardan yayınmaqda ən yaxşı vasitədir.
Sazişə əsasən, sənədə görə, beş Xəzəryanı dövlət öz üzərinə bütün mümkün qəzalara operativ reaksiya vermək, onlar barədə bir-birini vaxtında məlumatlandırmaq öhdəlikləri götürür. Xəzəryanı dövlətlərin nümayəndələri mübahisəli məsələlərin həlli və Çərçivə Konvensiyasına (Tehran) əlavə protokolların razılaşdırılması üzrə dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə