Rauf Zeyni: "Avropa dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə obyektiv olmalıdır" - MÖVQE
"Avropa dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə obyektiv olmalıdır. Necə olur ki, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon insanın hüquqlarının qorunması üçün heç bir addım atılmır, buna göz yumulur, amma bir neçə nəfərlə bağlı məsələ beynəlxalq səviyyəyə qaldırılır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni yap.org.az saytına açıqlamasında deyib.
R.Zeyni bildirib ki, hazırda ölkəmizin qarşısında duran ən ciddi məsələ 1 milyon məcburi köçkünün hüquqlarının bərpa olunmasıdır. Onun sözlərinə görə, Qarabağ, ərazi bütövlüyü problemi ümummilli məsələdir.
"Bir çox dövlətlərlə müqayisədə Azərbaycanda insan hüquqlarının, demokratiyanın vəziyyəti çox yaxşıdır. Sadəcə, obyektiv problemlər var ki, onlar da tədricən həll edilir. Biz QHT-lər olaraq ona görə fəaliyyət göstərir ki, həm Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq, həm də Azərbaycanda yüksək səviyyədə vətəndaş cəmiyyətinin qurulmasına xidmət göstərək" - deyə R.Zeyni qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB