“Şanxay” tezliklə söküləcək\" - AÇIQLAMA

“Şanxay” tezliklə söküləcək\" - AÇIQLAMA
Dəmiryolunun mühafizə zolağında "Şanxay" adı ilə tanınan gecəqonduların ömrünə az qalıb. Tezliklə oradakı evlərin söküləcəyi planlaşdırılır. Artıq yaşayış massivinin sakinlərinə xəbərdarlıq edilib.

Bu barədə SİA-ya məlumat verən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, "Şanxay"da evlər tezliklə söküləcək: \"Hələlik dəqiq vaxt müəyyənləşməsə də, buradakı evlərin sökülməsinə çoxdan zərurət yaranıb. Çünki bu tikililər qatarların hərəkətinə ciddi maneə yaradır. Sökülmə həm əhalinin təhlükəsizliyi baxımından, həm də qatarların gediş-gəlişi üçün həyata keçirilməlidir. Evlər dəmiryol xəttinə yaxın olduğundan, hər an bədbəxt hadisə baş verə bilər. Digər bir tərəfdən sakinlər kanalizasiyanı yola axıtdıqlarından, dəmiryoldakı şpallar çürüyür".

Dəmiryolunun mühafizə zolağında tikilmiş evlərin sahiblərinə kompensasiya verilib-verilməməsi isə hələlik məlum deyil. N. Əzmməmədov bildirdi ki, bu məsələ müzakirə olunduqdan sonra son qərar qəbul olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com