Azərbaycanda \"Facebook\" istifadəçilərinin sayı 454 mini keçib

Azərbaycanda \"Facebook\" istifadəçilərinin sayı 454 mini keçib
Azərbaycanda \"Facebook\" sosial şəbəkəsinin istifadəçilərinin sayı durmadan artır. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz artıb və bu artıb hər ay coxalır. "Facebook"un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. SİA-nın məlumatına görə, son 3 ayda Azərbaycanda \"Facebook\" istifadəçilərinin sayı 66 min 580 nəfərə çatıb. Son ay ərzində 35 min 360 nəfər, son 2 həftədə 22,6 min nəfər şəbəkədən istifadə edib. Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 454 min 200 nəfər təşkil edir. Ölkəmiz facebook sosial şəbəkəsinin istifadəçilərinin sayına görə, Estoniya, Qazaxıstan, Latviya, Moldova, Ermənistan , Özbəkistan və s. dövlətləri arxada qoyub.


Bütün xəbərlər Facebook səhifəmizdə