Artıq xeyli vaxtdır ki, Bakıda \"Baku Taxi Company\" şirkətinin taksiləri istifadəyə verilib. Nəqliyyat Nazirliyindən SİA- ya verilən məlumata görə, bu müddət ərzində Bakıya 100 ədəd bənövşəyi rəngli London taksiləri gətirilib: "Bu günlərdə isə, daha 196 yeni London taksisi istismara veriləcək. İlin sonunadək isə taksilərin sayının 1000-ə çatdırılması nəzərdə tutulur".
Qeyd edək ki, ümumilikdə paytaxtda 3 min ədəd taksinin gətirilməsi planlaşdırılır. Bakı nəzərdə tutulan taksi ilə təmin olunduqdan sonra regionlara da mərhələli şəkildə yeni taksilər veriləcək. Ümumilikdə Bakının və regionlarının taksi ilə təmin olunması üçün 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.
Yeni taksilər gətirildikdə isə köhnə taksilər xətdən uzaqlaşdırılacaq. İlk növbədə yasaq köhnə sovet maşınlarına - \"01\", \"011\", \"QAZ 24\", \"QAZ 31\", \"Niva\" və digər bu sıradan olan avtomobillərə qoyulacaq. Təzə və işləmək iqtidarında olan avtomobillərin isə taksi kimi fəaliyyətinə müvəqqəti icazə veriləcək. Ölkəyə gətirilən taksilərlə tələbat tam ödənildikdən sonra isə digər avtomobillərin də fəaliyyətinə qadağa qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB