“Eurovison- 2012” mahnı müsabiqəsinə qədər bulvar ərazisi bayraq meydanına qədər genişlənəcək
"Dənizkənarı Milli Park gün-gündən abadlaşır. Bayraq meydanına qədər olan ərazi sürətlə təmizlənir, yəni həmin ərazidə olan tikililərin hamısı sökülür". Bunu SİA-ya açıqlamasında Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.
Gələn il Azərbaycanda keçiriləcək "Eurovison- 2012" mahnı müsabiqəsinə qədər bulvar ərazisinin bayraq meydanına qədər genişlənəcəyini deyən rəis müavini: "Ərazinin genişlənməsi yarışmanın keçiriləcəyi məkandan asılı olmayaraq həyata keçiriləcək. Həmin zamana qədər restoran, kafelərin harada və necə olacağı haqqında isə hələ rəsmi məlumatımız yoxdur\",-deyə əlavə edib.
"Bununla yanaşı, Milli Parkda yaxın günlərdə 2 yeni attraksion istifadəyə verilib. Hər ikisi də eynidir. Sadəcə olaraq onlardan biri hökumət evi ilə üzbəüz, digəri isə Park Bulvarın yaxınlığında quraşdırılıb. 3D formatında olan tir oyunu çox əyləncəli bir yarışmadır",- deyə Nazim Məcidov əlavə edib.
Rəis müavini onu da vurğulayıb ki, bu proses gələcəkdə də davam ediləcək: "Dünyada olan hər yeni attraksionun Dənizkənarı Milli Parkda olması üçün əlimizdən gələni edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB