Bakı şəhər Baş Dövlət Yol Polisi avqustun 1-dən 31-dək \"Təmiz hava aylığı\" keçirir. Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, bu gün aylıq çərçivəsində Suraxanı rayonunun Əmircan qəsəbəsində Neft Qaz Çıxarma İdarəsinə məxsus avtomobil bazasında Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi, Bakışəhər Baş Dövlət Yol Polisi, eyni zamanda Suraxanı rayonu Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə reyd keçirilir.
Reyddə avtomobil təsərrüfatına məxsus avtomobillərin işlək vəziyyətdə mühərriklərin ixrac etdiyi dəm qazı xüsusi cihaz vasitəsi ilə ölçüləcək və normadan artıq zərərli maddələri ixrac edən nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB