Dövlət Qulluğu Komissiyası 27 may -14 iyun 2011-ci il üçün dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqənin yekun nəticələrini açıqlayıb. Komissiyadan SİA-ya verilən məlumata görə, müsabiqə 77 dövlət orqanı üzrə 740 vakant dövlət qulluğu vəzifəsi üzrə aparılıb: "Öz namizədliyini irəli sürən 4199 namizəddən 1148 nəfəri test mərhələsindən keçib. Test mərhələsində namizədlər Azərbaycanla bağlı 110 test tapşırığı həll ediblər. İqtisadi İnkişaf Nazirliyinə (28 yer) qeydə alınmış 644 namizəddən 125-i, Təhsil Nazirliyinə ( 64 yer) qeydə alınmış 414 namizəddən 99-u, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (10 yer) qeydə alınmış 301 namizəddən 76-sı uğur qazanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (73 yer) qeydə alınmış 161 namizəddən 73-ü, Ağır Cinayətlər Məhkəməsinə (25 yer) qeydə alınmış 141 namizəddən isə 72 nəfəri test imtahanından uğurla keçib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB