Kəlbəcərlilər imtahanda uğur qazananların sayına görə 9-cu yerdədir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirə keçirib. Müşavirədə bildirilib ki, bu il Kəlbəcər qəbul imtahanlarında uğur qazananların sayına görə 9-cu yerdədir və bu yüksək göstəricidir. Komissiyadan SİA-ya verilən məlumata görə, bu il Kəlbəcər rayonundan 384 nəfər ali məktəblərə sənəd verib. Onlardan 237 nəfəri ali məktəblərə qəbul olub. Kəlbəcərli şagirdlər hər zaman olimpiadalarda, inşa müsabiqələrində yüksək göstəricilər nümayiş etdirir. Ötən il rayon üzrə 204 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunub ki, onlardan 26 nəfərdən çoxu 500-dən çox bal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB