Milli Məclisin deputatı Fuad Muradov və Dövlət Neft Şirkətinin nümayəndələri alternativ enerji mənbələrinin öyrənilməsi və bu istiqamətdə mövcud olan qanunvericilik bazasının Azərbaycan təcrübəsində istifadə olunması üçün Avropaya səfərdədirlər. SİA-nın millət vəkilinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fuad Muradov İslandiyada bir sıra görüşlər keçirib: "İlk olaraq İslandiyanın Sənaye, Enerji və turizm nazirliyinin baş katibi cənab Kristijan Skarheninson və siyasi məsələlər üzrə müavin Kolbeinn Marteinsson millət vəkilinin görüşü olub. Görüş zamanı Azərbaycan haqqında geniş məlumat verən millət vəkili Fuad Muradov İslandiya ilə Azərbaycan arasında turizm imkanları haqqında fikir mübadiləsi aparıb. Millət vəkili İslandiyanın Enerji problemləri Üzrə Elmi Tədqiqat Müəssisəsinin rəhbəri cənab Olafur G. Flovenz ilə də görüşüb. Görüş zamanı alternativ və bərpa olunan enerji mənbələri, onun inkişafı və perspektivləri barədə geniş müzakirələr aparılıb. Eyni zamanda qanunvericilikdə lazım olan tənzimləmələrin Azərbaycan reallığında istifadə olması da bildirilib".
Xidmətdən o da bildirildi ki, millət vəkili Reykyanes şəhərində yerləşən geotermal enerji stansiyasında olub. Burada yeni texnologiyalardan istifadə nəticəsində ətraf mühitə heç bir tullantı atılmır. Qeyd edən ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB