\"İRƏLİ\" İnformasiya Texnologiyaları Mərkəzi Qubada bloqqerlərlə bağlı seminar keçirib - FOTO

\"İRƏLİ\" İnformasiya Texnologiyaları Mərkəzi Qubada bloqqerlərlə bağlı seminar keçirib - FOTO

14 avqust 2011-ci il tarixindəQuba rayonunda \"İRƏLİ\" İnformasiya Texnologiyaları Mərkəzi bloqqerlərlə bağlı növbəti tədbir - açıq hava altında seminar keçirib.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, WeBlog 1, 2 və 3 layihələrindən 30 nəfər iştirakçının qatıldığı tədbirdə iştirakçılar ilk olaraq Quba Soyqırım məzarlığını ziyarət etmiş, öz bloqlarında qeyd etmək üçün məlumatlar toplamış və fotolar çəkiblər.

Tədbirə qatılan ekspertlər Rauf Mərdiyev, Əli Hacızadə, Roman Süleymanov sosial şəbəkələr və informasiya müharibəsi, Sahil Balazadə, Hatəm Şükür və Kamran Səmədli isə internetdə gənclərin fəaliyyətindən danışıblar.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi informasiya texnologiyaları ilə bağlı fəaliyyətə çox diqqət yetirir və təşkilatın şəbəkəsinə daxil olan insanların sayı 25 min nəfərdən artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə