DAK sədri: \"Ermənistana İranın yardım göstərməsi İslam vəhdətinə zərbə və ümumilikdə İslam dünyasına xəyanətdir\" - AÇIQLAMA
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Avropada fəaliyyət göstərən İran müxalifət təşkilatlarının dəvəti ilə Fransaya səfər edib.
DAK mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S.Rüstəmxanlı avqustun 13-də Parisdə 2 min nəfərdən artıq müsəlman üçün verilən iftar mərasimində çıxış edib. Yerli nümayəndələrdən əlavə Əfqanıstan, İran, İraq, Suriya, Livan, İordaniya, Fələstin, Küveyt, Misir, Tunis, Liviya, Mərakeş və başqa İslam ölkələri parlament deputatları, səfir və diplomatlarının, eləcə də bir sıra tanınmış mətbuat orqanı təmsilçilərinin qatıldığı bu mərasimdə millət vəkili Sabir Rüstəmxanlı iştirakçıları DAK və Azərbaycan müsəlmanları adından Ramazan ayı münasibətilə təbrik edib, bu müqəddəs günlərin onlara xeyir-bərəkət və bütün insanlara əmin-amanlıq gətirməsini arzuladığını bildirib.
Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistana münasibətdə və Dağlıq Qarabağ probleminin ədalətli həllində beynəlxalq hüququn işə düşməməsini, bir milyondan artıq qaçqın-köçkünün dərdini qeyd edən S.Rüstəmxanlı bu işğalın aradan qaldırılmasında müsəlman ölkələrinin və təşkilatlarının fəallıq göstərməsinin vacibliyini söyləyib: "Təəssüf ki, bir sıra İslam ölkələri problemin mahiyyətini bilmir və ya özlərini seyrçi kimi aparırlar. Ermənistana İran İslam Respublikasının yardım göstərməsi, İran rəsmilərinin Azərbaycana münasibətdə məsuliyyətsiz və heç bir ölçüyə sığmayan, dövlətçiliyi təhdid edən açıqlamaları İslam vəhdətinə zərbə və ümumilikdə İslam dünyasına xəyanətdir".
Parisdə yaşayan, iftar məclisində iştirak edən Asiya, Avropa və Afrika əsilli müsəlmanlar Sabir Rüstəmxanlının çıxışını maraqla qarşılayıb və dəstək fikirlərini bildiriblər. Daha sonra Sabir Rüstəmxanlının Əfqanıstan, İraq, İordaniya, Mərakeş və digər ölkələrdən gələn deputat və diplomatlarla geniş tərkibli görüşü keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



