Sabah Dənizkənarı Milli Parkda bütün attraksionlar pulsuz olacaq

Sabah Dənizkənarı Milli Parkda bütün attraksionlar pulsuz olacaq

Sabah Dənizkənarı Milli Parkda bütün attraksionlar pulsuz olacaq. Yaşı 15-ə qədər olan uşaqlara səhər saat 09.00-dan 13.00-dək bulvardakı attraksionlardan pulsuz olaraq istifadə etmək haqqı veriləcək. Bunu SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilk dəfə iyunun 1-də, Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günündə keçirilən aksiya zamanı valideynlər və balaca uşaqlar arasında xoşagəlməz hallar, nizamsız növbələr yaranıb: "Eyni attraksiondan bir uşaq bir neçə dəfə istifadə etdiyindən bir çoxları kənarda qalıb. Ancaq Bulvar İdarəsi belə halların təkrar olunmaması üçün sakinlərə yeni fürsət vermək qərarına gəlib. Eyni zamanda növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq".

"Çoxsaylı müraciətləri nəzərə alaraq qərara gəlinib ki, bu cür aksiyanı ayda bir dəfə keçirək. Karusellərin rəhbərlərinə müraciət etdik və bu təklifimizə müsbət cavab aldıq. Bu aksiya tək Bakı sakinləri üçün deyil, eləcə də digər regiondan olan uşaqlar, xarici ölkə vətəndaşlarının 15 yaşa qədər olan uşaqları üçün də nəzərdə tutulub. Aksiyanı səhər saatları üçün ona görə edirik ki, günortadan sonra Milli Parka gələnlərin sayı çox olur. Attraksionlarda çalışan insan qüvvəsinin məhdud olduğunu nəzərə alaraq bunu günortadan sonra istifadə etmək mümkün deyil",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə