Nar Mobile abunəçiləri abunə haqqı ödəmədən bütün Azərbaycanla vahid qiymətə danışa biləcəklər
15 avqust 2011-ci il tarixindən etibarən yeni Ölkəm/Asan tarifi istifadəçilərin ixtiyarına verilir. SİA-nın xəbərinə görə, bu tarifə qoşulan hər bir abunəçi ölkədaxili bütün istiqamətlərə dəqiqəsi cəmi 7 qəpiyə danışacaqlar.
Ölkəm/Asan tarifinin qiymət cədvəli:
|
Xidmətlər |
Qiymət (qəpiklə) |
|
Şəbəkədaxili zəngin 1 dəqiqəsi |
7 |
|
Şəbəkəxarici zəngin 1 dəqiqəsi |
7 |
|
Video-zəngin 1 dəqiqəsi |
7 |
|
SMS |
5 |
|
MMS |
5 |
|
Data trafiki (200 KB) |
5 |
|
Mobil TV (1 MB) |
10 |
Ölkəm/Asan tarifinə qoşulmaq üçün telefonun ekranında *777#231#YES şifrəsini yığmaq və ya Olkemasan yazaraq 777 nömrəsinə mesaj göndərmək kifayətdir.
Ölkəm/Asan tarifi çərçivəsində Bomba, SMS və Xoş Saatlar paketlərini sifariş etmək olar. Bu tarifə qoşulan abunəçilər bir Sevimli Nar nömrəsi seçib onunla saatı cəmi 7 qəpiyə danışa bilərlər.
Edilən bütün zənglərin birinci saniyəsi pulsuzdur. Bütün zənglər üçün hesablama intervalı 12 saniyədir.
Daha ətraflı məlumat üçün www.narmobile.az saytına daxil olun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB