“İRƏLİ” Gənclik Mərkəzində yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

“İRƏLİ” Gənclik Mərkəzində yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib
"İRƏLİ" Gənclik Mərkəzində yapon mədəniyyətinə həsr olunmuş tədbir həyata keçirilib."İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Ceyhun Osmanlı Azərbaycan gənclərinin yapon mədəniyyətinə, incəsənətinə olan marağından danışmış, Yaponiyada təhsil almaq istəyən gənclərin sayının artırılması üçün bir sıra tədbirlər planının hazırlanması nəzərdə tutulduğunu, bunun üçün Yaponiyanın ölkəmizdəki səfirliyi ilə sıx əməkdaşlığımız üçün yeni layihələr hazırlandığını da qeyd edilib.

Sonra Yaponiyanın Azərbaycandakı səfirinin xanımı Atsuko Vatanabe "İRƏLİ"-nin təşkilatçılığını, həmçinin azərbaycanlı gənclərin yapon mədəniyyətinin öyrənilməsinə göstərdikləri həssaslığı çox yüksək qiymətləndirdiyini bildirib.

Tədbir iştirakçıları Yaponiyaya həsr olunmuş təqdimatı izlədikdən və azərbaycanlı gənc tərəfindən ifasında səslənən Yaponiyanın milli himnini dinlədikdən sonra "İRƏLİ" Gənclik Mərkəzinin müxtəlif zallarında təşkil olunmuş yapon mədəniyyəti nümunələrini özündə əks etdirən stendlərlə tanış olublar. Azərbaycanlı gənclər tərəfindən hazırlanmış oriqami (kağızdan hazırlanmış fiqurlar), ikebana (güllərdən hazırlanmış kompozisiya), şodou sənətinin (xəttatlıq) yaranma tarixi, onların hazırlanma texnologiyası ilə, həmçinin yapon mətbəxinin ən zəngin elementi olan suşinin hazırlanması prosesilə tanış olmuş və ondan dadmaq imkanı əldə ediblər. Daha sonra qonaqlara yapon mədəniyyətinin qədim nümunəsi olan kamşibai (stolüstü teatr) nümayiş olunub.

Sonda qonaqlar yapon üsulu ilə hazırlanmış çay mərasimində iştirak ediblər. Çay mərasimi qonaqların xüsusilə marağına səbəb olub. Qeyd edək ki, 2 həftəyə yaxın davam etmiş Yaponiya Mədəniyyəti gününə hazırlıq dərsləri Yaponiyanın Azərbaycandakı səfirinin xanımı Atsuko Vatanabe tərəfindən şəxsən aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com