Yasamal qəbiristanlığı köçürülür?

Yasamal qəbiristanlığı köçürülür?
Son günlər Bakının mərkəzi hissəsində yerləşən Yasamal qəbristanlığının köçürülməsi ilə bağlı xəbərlər səslənir. SİA-ya verilən məlumata görə, qəbristanlığın bir hissəsi Buzovna qəsəbəsinə köçürüləcək. Qəbiristanlığın Şəhidlər Xiyabanı və Fəxri Xiyaban olan hissəsi isə köçürülməyəcək. Əksinə həmin ərazisi genişləndiriləcək. O da bildirilir ki, qəbiristanlıqdan əsasən köhnə qəbirlər, rus, erməni və yəhudilərin dəfn edildiyi ərazilər Buzovnaya köçürüləcək. Bununla da yol kənarında olan hissə ləğv ediləcək. Qəbiristanlığın bir hissəsinin Fəxri Xiyabana veriləcəyi, digər hissəsində isə park salınacağı deyilir.
Köçürülmə işlərinin Səbail və Yasamal rayon icra hakimiyyətləri həyata keçiriləcəyi deyilir. Məlumatın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova bu haqda məlumata malik olmadığını dedi. Səbayel rayon icra hakimiyyətindən də məsələ ilə bağlı ilk dəfə xəbər tutduqlarını dedilər. Yasamal rayon icra hakimiyyətinin memarı Eyvaz Bağırov da məsələdən xəbərsiz olduğunu bildirdi.


Bütün xəbərlər Facebook səhifəmizdə