Respublika Uşaq təşkilatının sədri: “Uşaqları əməyə cəlb edənlərin əksəriyyəti onların valideynləridir”
\"Uşaqları əməyə cəlb edənlərin əksəriyyəti onların valideynləridir\". Bu sözləri SİA-ya açıqlamasında Respublika Uşaq təşkilatının sədri, millət vəkili Gülər Əhmədova deyib. Onun sözlərinə görə, bu zəmində valideynlərin uşaqlara qarşı olan məsuliyyət məsələsini çox ciddiləşdirmək lazımdır: "Bu gün qanunlarmızda onlara qarşı həm inzibati, həm də cinayət məsuliyyəti məsələlərini bir qədər də qabartmaq lazımdır".
Azərbaycanın müharibə vəziyyətində olduğunu xatırladan millət vəkili həmçinin hesab edir ki, sərhəd zonalarında yaşayan uşaqlarla bağlı hər hansı bir xüsusi normativ tədbirlərin keçirilməsi zəruridir: "Bununla bağlı müəyyən işlər də diqqətə gətirilməlidir",-deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB