15 avqust Azərbaycan milli manatının dövriyyəyə buraxıldığı gündür. 19 il əvvəl 1992-ci ildə 1, 5, 50, 100, 500 və 1000 manat nominallı əskinazları ilk dəfə dövriyyəyə buraxıldı. Sonrakı illərdə isə 10 min, 50 min manatlılıq əskinazlar və 5, 10, 20, 50 qəpikliklər də istifadəyə verildi.
10000 manatlıq əskinazların üzərində \"Şirvanşahlar\" kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilib. Hazırda ən böyük nominala 50.000 manatlıq əskinazlarla malikdir.
Bu gün ölkədə alqı - satqı əməliyyatlarının yalnız manatdan istifadəsi rəsmiləşdirilib. Manat Azərbaycan Respublikasının bütün ərazisində yeganə qanuni ödəniş vasitəsidir. Azərbaycan Respublikasının ərazisində işlənən, manatla ifadə olunan ödəniş sənədlərinin növlərini Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir.
Azərbaycan Respublikasının ərazisində xarici valyutadan, habelə xarici valyuta ilə hər hansı ödəniş sənədlərindən istifadə olunmasına yalnız Azərbaycan Respublikası Milli Bankının icazəsi ilə yol verilir.
Azərbaycan Respublikası Milli Bankının xarici valyutanın, manatla və xarici valyuta ilə ödəniş sənədlərinin tədavül qaydasını və sahəsini tənzimləyən normativ aktları Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
Ölkədə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsini dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nişanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Xatırladaq ki, milli manatın pul nişanlarının texniki parametrləri İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Manatın mühafizə sistemi də xüsusi \"mühafizə fəlsəfəsi\"nə uyğun sözügedən bankla əməkdaşlıq nəticəsində hazırlanıb. Köhnə nəsil əskinazlardan fərqli olaraq yeni əskinazlarda optik dəyişən müasir mühafizə elementlərindən istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB