Varvara SES-də Kür çayının aşağı məcrasında sahilbərkitmə işləri davam edir
Respublika enerji sisteminin bütün sahələrində, o cümlədən 1954-cü ildən istismarda olan, Qafqazda analoqu olmayan ən böyük enerji obyektlərindən biri hesab edilən Mingəçevir Su Elektrik Stansiyası Silsiləsində də avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin etibarlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, energetiklər cari ilin yeddi aylıq proqnozlarına 100,9 faiz əməl ediblər. Onlar ayrılıqda iyul ayını da uğurla yekunlaşdırıblar.
Xatırladaq ki, cari ilin 7 ayı ərzində burada 756,6 milyon kilovat-saata, iyul ayında isə 108,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, xüsusi sərfiyyatda yeddi ay ərzində 39,9 min, iyulda isə 7,7 min kilovat-saat elektrik enerjisinə qənaət olunub.
Yaz-yay daşqın sularının qəbulu və ötürülməsi prosesi artıq başa çatıb. Hər iki stansiya üzrə təmir-bərpa işlərinin müəyyən edilmiş plan-qrafikə uyğun aparılıb. Cari ilin yeddi ayı ərzində Varvara SES-də iki ədəd hidroaqreqat tam sökülüb. Mingəçevir SES-də isə 1 nömrəli hidroaqreqatın sökülməsi başa çatdırılıb. Stansiyada yenidənqurma işləri davam etdirilir. Təmir bazasındakı yarımçıq bina tikilib qurtarmaq üzrədir. Binada son tamamlama işləri aparılır.
Onu da qeyd edək ki, yeni yarımstansiyalarda tikinti işləri davam edir. Artıq 110 kV-lik yarımstansiyalarda avadanlıqların özül hissələrinə beton tökülüb, cihazların yerləşdirilməsi üçün bina inşa edilib.
Yeri gəlmişkən, cari ilin arxada qalan ayları ərzində iki ədəd hidroaqreqat, iki ədəd güc transformatoru, bir ədəd avtotransformator, iki ədəd 110 kV-lik hava açarı, dörd ədəd hava açarının kompressoru, bütün növ köməkçi avadanlıqlar cari təmir edilib. Hazırda Varvara SES-də Kür çayının aşağı məcrasında sağ və sol sahilbərkitmə işləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB