Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatıb - FOTOSESSİYA

Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatıb - FOTOSESSİYA

Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba Rayon İcra Hakimiyyətinin birgə layihəsinə yekun vurulub və layihə əsasında təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb.

SİA-nın verdiyi məlumata görə, Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirilib. Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Xüsusi Ümumtəhsil İnternat məktəbdə tərbiyə alan 230 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Quba Özəl Türk Liseyinin ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu ödənişçiz "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatıb və bu düşərgə uşaqların xatirində silinməz izlər buraxıb.

Səbail və Quba rayon İcra Hakimiyyətləri və Daxili Qoşunlar tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulub, səhra mətbəxi yerləşdirilib, həyətdə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 6–cı dəfə təşkil olunan "Şahinlər" düşərgənin tarixinə həsr olunmuş stendlər asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib.

Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Soyqırım məzarlığına gəzintiləri təşkil olunub, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Məktəblilər Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıbar.

Düşərgədə məktəblilərlə Vətənimizin, xalqımızın tarixindən bəhs edən məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilib, maraqlı filmlər nümayiş etdirilib, konsert və diskotekalar təşkil olunub.

Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə düşərgənin rəisi Faiq Qurbanovun məlumatından sonra tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunların Qərərgah rəisinin birinci müavini, general-mayor Şahin Məmmədov, Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Xanımsona Əkbərova, "Çağ" Öyrətim Şirkətinin Prezidenti Ənvər Özərən və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.

Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanıb.

Populyar müğənni Aslan Hüseynov, bir sıra gənj estrada ulduzları və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.

Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə