İmişlidə 1 ton 840 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar edilərək götürülüb
Imişli rayonunda poils " Xaş-Xaş 2011" adı altında kompleks əməliyyat axtarışalrı və profilaktik tədbirlər həyata keçirilib. SİA-nın Aran bürosuna məlumat verən İmişli Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qurupunun əməliyyat müvəkkili Elsevər Cəfərov bildirib ki, 13 avqust 2011 ci ildə İmişli rayon Əlyetməzli kənd ərazisndə Kür çayının sağ sahilində yerləşən Tuğay meşə zolagında təxminən 2 hektar ərazidə 1243 ədəd yaş ümumi çəkisi 1 ton 840 kq olan yabanı halda bitmiş narktoik vasitə olan çətənə kolları aşkar edilərək götürülüb. Aşkar olunan çətənə kolları polis əməkdaşları tərəfindən cıxarılaraq yandırılma yolu ilə məhv edilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB