Salyanda bir ailəni elektrik cərəyanı vuraraq öldürüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Salyanın Kürsəngi kəndində yerləşən həyət evində yaşayan Ağayevalar ailəsi bir anda 3 ailə üzvünü itirib. Belə ki, hadisə 7 yaşlı Ağayev Bəhruz Əli oğlunu həyət sulandığı üçün yerin üstü ilə açıq vəziyyətdə su nasosuna birləşən məftildən elektrik cəriyanın vurması ilə başlayıb. Uşağın cərəyan vurduğunu görən 1979-cu il təvəllüdlü anası Ağayeva Sevər Yusif qızı övladını xilas etmək istəyəndə onu da elektrik cərəyanı vurub.
Daha sonra isə 1980-ci il təvəllüdlü Ağayev Bəhruz Ələkrəm oğlu həyat yoldaşını və övladını xilas etmək istəyərkən onuda cərəyan vuraraq öldürüb. Hər üçünü elektirikdən cərəyanından isə nənə Ağayeva Zenfira agacla məftili kənara atdıqdan sonra ayırıb. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB