Xəzəryanı ölkələr dənizə neft sızmalarının qarşısının alınmasına dair sənəd imzalayıblar
Xəzəryanı ölkələrin – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın rəsmi nümayəndələri Aktauda neftlə çirklənməyə səbəb olan hadisələrin baş verdiyi təqdirdə regional hazırlığa, reaksiyaya və əməkdaşlığa dair protokol imzalayıblar.
SİA-nın məlumatına görə, protokol Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə (Tehran) Konvensiyasının üçüncü sessiyasında imzalanıb.
Qazaxıstanın ətraf mühitin mühafizəsi naziri Nurqəli Aşimov bildirib ki, sənədə görə, beş Xəzəryanı dövlət öz üzərinə bütün mümkün qəzalara operativ reaksiya vermək, onlar barədə bir-birini vaxtında məlumatlandırmaq öhdəlikləri götürür.
Xəzəryanı dövlətlərin nümayəndələri mübahisəli məsələlərin həlli və Tehran Konvensiyasına əlavə protokolların razılaşdırılması üzrə dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB