Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB