Gəncənin Bakı istiqamətindən girəcəyində yerləşən zibil poliqonu adlanan yer 25 ha sahəni əhatə edir. Zibil poliqonu ekoloji təhlükə mənbəyinə çevrilib. Yay aylarında isə sözügedən problem daha da acınacaqlı vəziyyət alır. İllərlə yığılıb qalan zibillər basdırılmaq əvəzinə yandırılır. Ürəkağrıdıcı mənzərənin və ərazinin ətrafa vurduğu ziyan istənilən səviyyədə aradan qaldırılmayıb. Gəncənin zibilxanası kimi tanınan ərazidə istənilən məişət tullantıları, hətta ölü heyvan cəsədlərinə belə asanlıqla rast gəlmək mümkündür. Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri, ekoloq İrşad Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sözügedən yerdə qabaqlayıcı tədbirlərə başlanılıb.
Ancaq işlər ləng yox sürətləndirilməlidir. Aidiyyəti qurumdan isə bildirilib ki, ərazidə məişət tullantılarının yandırılması halları ötən illərlə müqayisə kifayət qədər azalıb. Hazırda məişət tullantıları basdırılır. İşin sürətli aparılmasına gəlincə, hələlik lazımı texnika olmadığından problemlər qalır.
Bildirək ki, bir müddət öncə Almaniyanın KAYFE Bankı ilə İqtisadi İnkişaf Nazirliyi arasında görüş keçirilib. Müzakirələrdə əsasən Gəncə şəhərində, eləcə də ölkənin digər bölgələrində mövcud olan məişət tullantılarının yığıldığı ərazilərdə məişət tullantıların emalı ilə məşğul olan yeni müəssisənin yaradılması barədə geniş fikir mübadiləsi aparılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB