“Washington Post” Dağlıq Qarabağda müharibə təhlükəsindən yazıb

“Washington Post” Dağlıq Qarabağda müharibə təhlükəsindən yazıb

"Washington Post" Dağlıq Qarabağda müharibə təhlükəsindən yazıb. "Washington Post" qəzeti Uila İnqlandın Dağlıq Qarabağa səfəri ilə bağlı hazırladığı reportajın növbəti hissəsini dərc edib. SİA-nın məlumatına görə, müəllif qeyd edir ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların başlanması bütün region üçün fəlakətə çevriləcək: "Tərəflər 1991-ci illə müqayisədə çox yaxşı silahlanıblar. Bu, xüsusən də Azərbaycana aiddir. Münaqişə başlanarsa, regionun qonşu dövlətlərinin münaqişədən kənarda durması çox çətin olacaq. Bu həm də ABŞ-ın maraqlarına zərbə vurmuş olacaq. Çünki Azərbaycan ABŞ-ın Əfqanıstana göndərdiyi yüklərin daşınmasında tranzit rolunu oynayır".

Məqalədə, həmçinin Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkenin əhalisinin sayı 90-145 min arası olan Dağlıq Qarabağda sülhə nail olunmasına çalışmasına səy göstərdiyi barədə fikirləri də yer alıb. Eyni zamanda erməni tərəfinin ərazilərin minalardan təmizlənməsinə qarşı çıxdığı da bildirilib. Halbuki, 1995-ci ildən bəri bu minalar 300 insanın həyatına son qoyub. Ərazilərin minalardan təmizlənməsi prosesinə isə ən çox ABŞ-ın vəsait ayırdığı diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə