639 avtobus, 140 taksi meydançası tikiləcək

639 avtobus, 140 taksi meydançası tikiləcək
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, intellektual idarəetmə sisteminin ilkin mərhələsi noyabr ayında başa çatacaq. Üç mərhələdən ibarət olan bu sistemin ilkin mərhələsi Bakına, ikinci mərhələsi Abşeronu, üçüncü mərhələsi isə bütün respublikanı əhatə edəcək: "Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin bütün üç mərhələsi hazır olduqdan sonra sistem Bakıdakı mərkəzdən idarə olunacaq. Qeyd edək ki, yeni layihə çərçivəsində 664 terminal, 48 məlumat tablosu quraşdırılacaq. Bununla yanaşı 639 avtobus meydançası, 140 taksi meydançası, 150 yeni elektron tipli işıqforun quraşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə