İcra başçısı: “Millət vəkili öz səlahiyyətinə aid olmayan işlərlə deyil, öz vəzifəsi ilə məşğul olmalıdır”
"Millət vəkili seçildiyi şəhərin inkişafı istiqamətində addımlar atmalı, məsələlər qaldırmalıdır. Bunu etməyi bacarmayan millət vəkili sakitcə yerində otursa yaxşıdır". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri keçirilən toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.
Onun sözlərinə görə ölkənin ikinci böyük şəhərindən seçilən bəzi millət vəkilləri özlərinə aid olmayan işlərə müdaxilə etməyə çalışır. "Millət vəkili öz səlahiyyətinə aid olmayan işlərlə deyil, öz vəzifəsi ilə məşğul olmalıdır. Yeni "Gəncəlilər Cəmiyyəti" yaradıblar. Demək istəyirəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır, hər hansı cəmiyyətə ehtiyac yoxdur", - icra başçısı deyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB