“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib
Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, bugünkü mövzu qaz təsərrüfatının inkişafı və perspektivləri ilə bağlı olub.
Bu gün daxil olan zəngləri "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı cavablandırıb.
Açıq mətbuat saatı ərzində ən çox zənglər Binəqədi rayonundan olub və şikayətlər telefon zəngi vasitəsi ilə qismən də olsa aradan qaldırılıb.
K. Eyvazlı onu da bildirib ki, bu gün Bakının bəzi kənd və qəsəbələrinin qaz təchizatı dayandırılıb: "Aparılan təmir işləri ilə əlaqədar "Digah" qazpaylayıcı stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarında qaz təchizatı dayandırılıb. Təmir müddətində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə, Binəqədi kəndinin bir hissəsinə, eləcə də Abşeron rayonunun Digah, Məhəmmədi, Goradil, Fatmai kəndlərinə və Fatmai bağları adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranıb".
Bununla yanaşı, Saatlı, Sabirabad və İmişli rayonunda qaz təchizatının müvəqqəti dayandırılacağını deyən mətbuat xidmətinin rəhbəri: "Əsas məqsədimiz isə mövcud problemlərin operativ şəkildə həll olunmasıdır\",- deyə qeyd edib.
Kamandar Eyvazlı onu vurğulayıb ki, 5 ay keçirilən açıq mətbuat saatı ərzində 659 zəng gəlib: \"90 sualın dərhal cavablandırılması mümkün olmadığından sonraya qalıb. 55 suala isə vətəndaşın idarəyə dəvət olunması ilə öz həllini tapıb".
"Hazırda əsas magistral yollarının təmirinə üstünlük verilir. 6 ay ərzində 2307, 6 km qaz kəməri çəkilib. 18 124 ədəd fərdi qaz tənzimləyici, 17 600 ədəd isə sayğaclar quraşdırılıb. Bununla yanaşı, 6 ay ərzində 26 rayonun 77 yaşayış məntəqəsində qazlaşdırılma başa çatıb. Ağdamın 11, Tərtərin 2, Bərdənin 9, Fizulinin 3 ərazisi qazlaşdırılıb",- deyə daha sonra o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB